Messi ilin ən yaxşısı seçildi
04.01.2023 , 17:38

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Korner.az qurumun saytına istinadən xəbər verir ki, bu, Argentina millisinin kapitanı, PSJ-nin futbolçusu Lionel Messi olub. 35 yaşlı hücumçu səsvermədə 275 səs toplayıb və bütün rəqiblərini qabaqlayıb. İkinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub, üçüncü yeri isə “Real”ın hücumçusu Kərim Benzema tutub.
2021-ci ildə bu mükafata polşalı Robert Levandovski layiq görülüb.
