Lionel Messi “Barselona” klubu ilə yeni müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, 29 yaşlı argentinalı hücumçu anlaşmanın daha 5 illiyə uzatmağa razılığını verib.
Messinin Katanoliya təmsilçisi ilə hazırkı müqaviləsi 2018-ci ilədəkdir. Bu anlaşmaya əsaəsn Lionelin transfer qiyməti 250 milyon avrodur. Messi 5 illik yeni müqavilə imzalamağa hazır olduğunu bəyan etməklə, getməsinin mümkünlüyü haqda gəzən söz-söhbətlərin əsassız olduğunu sübuta yetirib.
