Ənənəvi "Kriştiano Ronaldo, yoxsa Messi?" sualı ölümlə nəticələnib.
Korner.az-ın məlumatına görə, hadisə Nigeriyada baş verib.
34 yaşlı Obinna Maykl Durumçukva özünün ad günü tədbirində 22 yaşlı dostu Nvabu Çukvuma ilə mübahisə edib. Mübahisə mövzusu isə "Barselona"nın hücumçusu Lionel Messi ilə "Real"ın forvardı Kriştiano Ronaldonun müqayisəsi olub. Söz davasının davamında Durumçukvanın dostuna tərəf stəkan atsa da, hədəfi dəqiq nişan ala bilməyib və stəkan divara dəyərək qırılıb. Çukvuma isə stəkanın qırıqlarından birini götürərək onun boğazını kəsib. Nəticədə Durumçukva dünyasını dəyişib.
