İtaliya A Seriasında mübarizə aparan “Yuventus”un futbolçusu Paulo Dibala maraqlı açıqlamaları ilə yadda qalıb.
Korner.az-ın məlumatına görə, Argentina kanalı “TYC Sports”a danışan oyunçu:
“Messi ilə müqayisə edilməyi sevmirəm. Çünki yalnızca bir Maradona var. Onunla aramda çox böyük bir fərq olduğunu düşünürəm. Həm mən, həm də Messi argentinalılar üçün birlikdə oynamaqdan həzz almalıyıq”.
“Yuventus” ilə yeni müqqavilə imzalaması haqqında danışan hücumçu: “Yeni müqavilə imzalamaq mənim seçimim idi. “Real” (Madrid), “Bavariya”, “Barselona” kimi klublardan təklif gəldi. Lakin Turində xoşbəxtəm”.
Xatırladaq ki, “Yuventus”da ikinci mövsümünü keçirən Dibala cari mövsümdə 37 oyuna 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Messi isə 44 oyuna 45 qol vurub və 17 məhsuldar ötürmə edib.
