“Barselona” ulduz futbolçusu Leonel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, klub rəhbərliyi argentinalını karyerasının sonuna qədər komandada saxlamaq istəyir.
Rəhbərlik həftəsinə 382 min avro qazanan Messiyə 5 illik yeni sözləşmə təklif edəcək. O, təklifi qəbul edəcəyi halda 35 yaşına qədər La Liqada çıxış etməli olacaq.
