Messi həftənin oyunçusu seçildi
03.05.2019 , 14:45

“Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
“Liverpul” ilə görüşdə iki dəfə rəqib qapısına yol tapan argentinalı oyunçu azarkeşlərin səs verməsi nəticəsində birinci olub. 31 yaşlı hücumçu komanda yoldaşı Luis Suarez ilə bərabər “Ayaks” klubundan Van de Bik və De Yonqu üstələməyi bacarıb.
Qeyd edək ki, “Barselona” – “Liverpol” görüşü “katalonlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
