“Messi gələcək barədə özü qərar verəcək”
13.11.2025 , 23:30
Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko komanda yoldaşı Lionel Messinin gələcək karyerası ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, 38 yaşlı futbolçu milli komandadakı fəaliyyətinə dair sualı cavablandıraraq, qərarın Messiyə aid olduğunu bildirib:
“Leo artıq 20 ildir ki, millinin formasını geyinir. Heç kim hazır deyil ki, o gedə bilər. Gələcək barədə qərarı özü verəcək. Ola bilsin, o, millinin məşqçi heyətində və ya komandada başqa bir vəzifədə yer alacaq”.
Qeyd edək ki, Argentina millisi artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.