Messinin “Barsa”nın müqavilə təklifini rədd etməsi xəbəri ispan idman mediasının gündəmini zəbt edib
Korner.az-ın məlumatına görə, “Barselona”nın prezidenti Jozep Mariya Bartomeu, mövzuyla əlaqədar fikirlərini bildirib.
O, argentinalı futbolçunun Kataloniya klubundan ayrılmayacağına əmin olduğunu söyləyib:
“Messinin futbolu “Barselona”da buraxacağına əminik. Razılaşmanın uzadılması mövzusunda da rahatıq. O bizim liderimizdir. İllərdir ki, o bizə çempionluqları gətirir”.
