“Barselona”nın və Argentina millisinin üzvü Lionel Messi FİFA-ya ifadə verəcək.
Korner.az-ın məlumatına görə, bu haqda Argentina Futbol Federasiysı xəbər yayıb.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Arentinanın Çilini 1-0 hesabı ilə mğlub etdiyi matçda Lionel Messi yan xətt hakiminə söydüyü üçün mayın 4-ü FİFA-ya ifadə verəcək.
Qeyd edək ki, ulduz oyunçu həmin insidentə görə, Argentina Futbol Federasiyası tərəfindən 4 oyunluq diskvalifikasiya cəzası almışdı. Bundan başqa, hücumçu 10 min dollar cərimə ödəmək məcburiyyətində dəqalmışdı.
