Messi də Argentina millisinə kömək edə bilməyəcək
17.03.2025 , 21:29

Dibaladan sonra Argentina millisi daha bir itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın kapitanı Lionel Messi yığmanın heyətindən kənarlaşdırılıb.
Ulduz futbolçu zədə səbəbindən Argentina millisinin düşərgəsini tərk edib.
Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində səfərdə Uruqvayla, evdə isə Braziliya millisi ilə qarşılaşacaq.
