Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, “Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib.
O, səslərin 38 faizini toplayıb.
Messi “Seltik”ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda bu həftə keçirilən görüşündə (7:0) 3 qol vurub, 1 qolun ötürməsini verib.
