“Barselonanın” ulduz futbolçusu Messi İngiltərə Premyer Liqa komandası olan “Çelsi”yə transfer olmağa hazırlaşır.
Korner.az-ın məlumatına əsasən, “Barselona” forması ilə bir çox rekorda imza atan argentinalı ulduzun artıq bu klubla yollarını ayıracağı xəbərləri günbəgün artır.
Xüsusilə də, Premyer Liqa klublarının hədəfində olan Messinin hansı komandaya keçəcəyi də müəyyən edilib.
Dünyanın ən yaxşı futbolçuları arasında öz yerini alan futbolçuya “Arsenal”, “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” talib olsa da, Messinin könlündəki komandanın “Çelsi olduğu bildirilir. London klubu isə Messi üçün 200 milyon sterliq ödəməyə hazır olduğunu bildirib.
