Messi bir oyunda 2 rekord qırdı
31.03.2019 , 13:59

“Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Espanyol” ilə görüşdə iki qol vurmaqla yeni rekordlar müəyyənləşdirib.
31 yaşlı futbolçu artıq 10-cu mövsümdür ki, 40 qol səddini keçir. Ötən gün rəqib qapısına 2 dəfə yol tapan argentinalı bu mövsüm bütün turnirlər daxil, 41-ci qolunu vurub. Messi bundan başqa La Liqada ən çox qələbə qazanan futbolçu kimi tarixə keçib. O, 333 qələbə ilə lider olan İker Kasilyası geri də qoyub.
Qeyd edək ki, Lionel Messi daxili çempionatda 31 qol vurub və 12 məhsuldar ötürmə edib.
