Messi: “Baş mükafatı qazanmadan futboldan getmək istəmirəm”
25.06.2018 , 19:45

DÇ-2018-in qrup mərhələsində iki turdan sonra 1 xal toplayaraq, 1/8 final şanslarını quyunun dibinə salan Argentina millisinin kapitanı Lionel Messi açıqlama verib.
31 yaşlı hücumçu milli karyerasını başa vuracağı haqda yayılan xəbərlərə mübasibət bildirib: “Mənim, eləcə də bütün Argentina üçün dünya çempionatı ən vacib turnirdir. Həmişə dünya kubokunu başım üzərinə qaldırmağı, bu hissləri yaşamağı istəmişəm. Karyeramda klub səviyyəsində bütün mühüm turnirlərin qalibi olmuşam. Ancaq baş mükafatı qazanmadan futboldan getmək istəmirəm”.
Qeyd edək ki, Argentina mundialın son turunda Nigeriya ilə ölüm-dirim matçına çıxacaq.
