Messi “Barselona”dakı debütü ilə bağlı paylaşım etdi
17.10.2025 , 13:32
“Barselona”nın əfsanəvi futbolçusu Lionel Messi katalon klubundakı debütünün ildönümünü qeyd edib.
Korner.az xəbər verir ki, argentinalı ulduz sosial şəbəkə hesabında 2004-cü ilin 16 oktyabrında “Espanyol”la keçirilən görüşdən fotosunu paylaşaraq yazıb:
“Artıq 21 il keçib. İnanılmazdır”.
Messi həmin matçda oyunun sonuna 8 dəqiqə qalmış əvəzlənmədən meydana daxil olmuşdu. O, 2021-ci ilə qədər “Barselona”nın heyətində çıxış edib.