“Barselona” və Argentina millisinin kapitanı Lionel Messi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Kolumbiya və Ekvador yığmalarına qarşı oyunlarda Argentina yığmasında iştirak edə biləcək.
Korner.az-ın məlumatıan görə, həkimlər onun səhhətinin buna imkan verdiyini bildiriblər.
Qeyd edək ki Messi uzun müddətdir ki zədəli idi. Kolumbiya və Ekvadorla görüşlərdə isə onun meydana çıxması argentinalı həkimlərin qəti qərarından sonra müəyyənləşəcək.