Futbol

Messi: “Ardanın niyə milliyə çağırılmadığını…”

28.10.2016 , 08:44

“Barselona”nın futbolçusu Lionel Messi komanda yoldaşı Arda Turan haqda danışıb.

Korner.az-ınməlumatıan görə, bu haqda türk mətbuatı yazıb.

O, türk yarımmüdafiəçinin komanda üçün önəmli oyunçu olduğunu deyib:

“Arda mövsümə yaxşı başlayıb. Həm qollar vurur, həm də qol ötürmələri verir. O, bəzən mənim, Neymarın, bəzən də Rakitiç və İnyestanın mövqeyində oynayır. 

Bu isə hər kəsin edə biləcəyi bir şey deyil. Onun İnyestanın yerini alacağı fikri ilə razılaşmıram. Hər futbolçunun oyun üslubu fərqlidir. Ardanın digər oyunçulardan fərqləndirən xüsusiyyətlət var.  Onun bizə qazanacağımız uğurlara böyük köməyi olacaq.

Onun niyə milliyə çağırılmadığını bilmirəm. Ümid edirəm ki, qısa zamanda ölkəsi üçün oynamaq şansını qazanacaq”.

Son yazılar

Yuxarı