Messi 6-cı dəfə “Qızıl buts” mükafatını qazandı
16.10.2019 , 18:05

“Barselona”nın kapitanı Lionel Messi “Qızıl buts” mükafatını alıb.
Korner.az xəbə verir ki, futbolçu ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib olub.
Messi Avropa çempionatlarında ötən mövsümün ən yaxşı bombardiri olub. Ulduz futbolçu ən yaxın izləyicisi olan Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni üç top geridə qoyub.
Messi karyerası ərzində altıncı dəfə “Qızıl buts”ı qazanıb.
