“Barselona”nın futbolçusu Lionel Messi 500 qol səddini aşıb.
Korner.az-ın məlumatına görə, bu, İspaniya kubokunun yarımfinalında “Valensiya”ya qarşı matçda (7:0) baş verib.
Sözügedən qarşılaşmada het-trikə imza atan argentinalı hücumçu futbolçu karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.
