“Barselona”nın futbolçusu Lionel Messi üçün “Sevilya”ya qarşı La Liqanın 11-ci turunda keçirilən oyun əlamətdar olub.
Korner.az-ın məlumatına görə, görüşün 43-cü dəqiqəsində fərqlənən argentinalı hücumçu Kataloniya klubunda 500-cü qolunu vurub.
O, bu qollardan 469-nu 545 rəsmi oyunda, 31-ni isə 47 yoldaşlıq görüşündə vurub.
