Avropanın 5 ən böyük liqasının futbolçuları arasında bütün yarışlarda 2016-cı ildə ən çox qol vuran oyunçu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu Lionel Messi bu ilin bombardiri olub.
La Liqanın 16-cı turunda “Espanyol”la görüşdə fərqlənən argentinalı oyunçu bu il vurduğu qolların sayını 51-ə çatdırıb və ən yaxşı bombardir olub.
