“Barselona”nın hücumçusu Lionel Messi Avropa kuboklarında 100-cü qolunu vurub. Bu haqda UEFA-nın saytı məlumat yayıb. Argentinalı futbolçu dünən “Olimpiakos”la matçda (3:1) fərqlənməklə Kriştiano Ronaldodan sonra qitə miqyaslı klub turnirlərində 100 qol vuran ikinci futbolçu olub.
Messi bu göstəriciyə 122 matçda nail olub. O, 97 qolu Çempionlar Liqasında, 3 qolu isə UEFA superkubokunda vurub.
Avrokuboklar tarixində ən çox qol vuran 10 futbolçu
113 – Kriştiano Ronaldo* (151 oyun)
100 – Lionel Messi* (122)
76 – Raul Qonsales (158)
70 – Filippo İnzaqi (114)
67 – Andrey Şevçenko (142)
62 – Ruud van Nistelroy (92)
61 – Herd Müller (69)
59 – Tyerri Anri (140)
59 – Henrik Larsson (108)
56 – Zlatan İbrahimoviç* (139)
Soyadlarının qarşısında ulduz olan futbolçular hazırda karyeralarını davam etdirirlər.
