Messi ən yaxşı seçildi
22.06.2023 , 18:55

2023-cü ildə idman performansı üzrə Mükəmməllik İllik Mükafatının (ESPY) qalibi məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında basketbolçu Nikola Jokiç, beyzbolçu Aaron Cuç, ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi və “Kansas”ın oyunçusu Patrik Mahomes yer alıb.
Argentina milli komandasının heyətində DÇ-2022-nin qalibi olan Messi mükafata sahib çıxıb və ən yaxşı atlet adına yiyələnib.
