Müasir futbolun ən güclü futbolçusu hesab edilən Lionel Messi 3-cü dəfə “Qızıl buts” alsa da, yığma karyerasının istədiyi kimi alınmamasına heyfsilənir.
Korner.az-ın məlumatına görə, argentinalı ulduz fərdi titullarını bircə dünya çempionluğuna dəyişməyə hazır olduğunu dilə gətirib.
“Mən qazandığım bütün fərdi titulları, hətta bu “Qızıl buts” mükafatlarımı təkcə Argentina millisiylə dünya çempionu olmağa dəyişərəm. Ancaq belə bir “dəyişdirmə məntəqəsi”nin harda olduğunu bilmirəm. Dünya çempionluğu mənim ən böyük arzumdu”, – deyə Messi bildirib.
