Mertens növbəti mövsüm nə qədər qazanacaq?
27.04.2023 , 12:23

Dris Mertens növbəti mövsüm də “Qalatasaray”ın formasını geyinəcək.
Korner.az xəbər verir ki, futbolçunun müqaviləsinin daha bir il uzadılması gözlənilir. Təcrübəli oyunçunun alacağı maaş da bəlli olub.
Karyerasını “Qalatasaray”da davam etdirəcək belçikalı hücumçu gələn mövsüm 2,9 milyon qazanacaq. Üstəlik, ulduz futbolçu komandanın ikinci kapitanı hesab olunur.
Dris Mertens bu mövsüm 27 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
