Mert Müldür 1 oyunluq cəzalandı
06.05.2024 , 21:27
![](https://korner.az/wp-content/uploads/2024/05/IMG_9914.jpeg)
“Fənərbağça” itki ilə üzləşib.
Korner.az xəbər verir ki, “Konyaspor”la oyunda Əhməd Oğuz Ferdiyə qarşı kobudluq edilib və daha sonra iki komandanın futbolçuları arasında qısamüddətli gərginlik yaranıb.
Bu gərginlik zamanı ehtiyat oyunçular skamyasından etiraz edən “Fənərbağça”nın futbolçusu Mert Müldür sarı vərəqə alıb.
Mert Müldür gələn həftə “Kayserispor”la oyunda komandasını tək buraxacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)