Almaniyanın “Mersedes” şirkəti ötən il dekabr ayında zədələnən və bir müddət komada qalan məhşur pilot Mixael Şumaxerlə olan müqavilə müddətini yeniləyib.
Korner.az-ın məlumatına görə, aldığı zədə səbəbi ilə bir çox sponsorların pilotla olan müqavilə müddətinə son verməsinə baxmayaraq “Mersedes” şirkəti Mixael ilə müqaviləsini yenilədi. “Roşbaxer” və “Ferrari” şirkətini “vəfasız”lığına qarşılıq olaraq alman şirkətinin bu addımı böyük jest olub.
Şirkətin rəhbər üzvlərindən olan Zetşe: “Heç bir zaman Mixael ilə müqavilə müddətini bitirməyi düşünmədik”, – fikirlərini səsləndirib.
