Merihdən cavab gecikmədi
03.07.2024 , 17:47

Avstriya ilə görüşdə vurduğu iki qolla Türkiyə millisinin 1/4 finala yüksəlməsində mühüm rol oynayan Merih Demiral UEFA-nın onun barəsində intizam işi açmasından sonra paylaşım edib.
Korner.az xəbər verir ki, futbolçu öz sosial media hesabından belə cavab verib:
“Günaydın Türkiyəm. Nə mutlu türkəm deyənə!”
Qeyd edək ki, ulduz oyunçu qol vurduqdan sonra sevincini “boz qurd” işarəsi ilə bayram etmişdir.
Mina Musayeva
