Merih Demiralın son durumu
15.01.2020 , 20:55

“Yuventus”un zədəli futbolçusu Merih Demiral əməliyyat olunub.
Korner.az xəbər verir ki, müdafiəçinin ən azı 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Futbolçu zədə səbəbindən AÇ-2020-ni buraxacaq.
Xatırladaq ki, Demiral, İtaliya A Seriyasının 19-cu turunun “Roma” ilə matçında (2:1) zədələnmişdi.
