Merih Demiral üçün seçim çətinləşdi
05.05.2023 , 13:26
“Atalanta”da çıxış edən türkiyəli futbolçu Merih Dəmiral oyun performansı iləbir çox Avropa klublarının diqqət mərkəzinə düşüb.
Korner.az xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubu futbolçunu heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Bundan əlavə, Merihlə “Vulverhempton”dan başqa “Nyukasl” və “Borussiya Dortmund”un da maraqlandığı bildirilir.
“Atalanta” “Yuventus”la bağladığı müqaviləyə əsasən, Merihin növbəti satışının 10%-ni İtaliya nəhənginə ödəyəcək.