Merih Demiral məşqlərə başladı
14.05.2020 , 16:48

“Yuventus”un müdafiəçisi Merih Demiral zədəsini sağaldıb.
Korner.az xəbər verir ki, futbolçu, ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıb.
Xatırladaq ki, Demiral, bu ilin yanvar ayında A Seriyasında “Roma”ya qarşı görüşdə ağır zədə alaraq əməliyyat olunmuşdu. Onun təxminən 6-7 ay sonra sıraya dönəcəyi açıqlanmışdı.
