Merih Demiral koronavirusdan sağaldı
07.04.2021 , 19:48
“Yuventus”un futbolçusu Merih Demiral koronavirusdan sağalıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçinin COVİD-19 testinin nəticəsi mənfi olub. Onun komanda ilə məşqlərə başlayacağı qeyd olunub.