Merih Demiral “Atalanta”dan ayrılır: Yeni klubu bəllidi
01.05.2023 , 17:33
“Atalanta”da çıxış edən Türkiyə millisinin futbolçusi Merih Demiral komandadan ayrılacaq.
Korner.az xəbər verir ki, futnolçunun yeni mövsümdə “İnter”ə keçəcəyi gözlənilir.
O, klubdan ayrılacaq olan Milan Şkrinyarı əvəzləyəcək.
Tərəflərin razılaşdığı və transferin tamamlandığı iddia olunur.
A Seriyasında və İtaliya Kubokunda cəmi 25 oyun keçirən Merih Dəmiral 1 qol vurub, 1 məhsuldar ötürmə edib.