“Atletiko” futbolçusu Bernard Mensahı Türkiyənin “Kasımpaşa” klubuna icarəyə verib.
Bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb.
Qanalı yarımmüdafiəçi ilə bir illik icarə müqaviləsi imzalanıb. “Kasımpaşa” mövsümün sonunda Mensahı transfer etmək hüququna da sahibdir.
22 yaşlı futbolçu 2015-ci ildən Madrid klubunda çıxış edir. O, son mövsümü icarə əsasında Portuqaliyanın “Vitoriya” klubunda keçirib.
