“Menecerlər tərəfindən AFFA-ya saysız-hesabsız məşqçi CV-ləri göndərilir”.
Korner.az-ın məluatına görə, bunuAFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
M. Nərimanoğlu bildirib ki, hələki göndərilən CV-lərin heç birinə baxılmayıb:
“Təbii ki, buna baxılacaq və yeni məşqçi ilə bağlı yeganə qərarı AFFA-nın İcraiyyə Komitəsi verəcək. İcraiyyə Komitəsinin verdiyi qərarın tarixini isə dəqiq deyə bilmərəm. Onu da qeyd edim ki, siyahıda yerli məşqçilər də var. Çünki bir sıra yerli məşqçilər mətbuat vasitəsilə millidə işləmək istədiklərini bildiriblər. Biz onların da istəklərini nəzərə almışıq. Bunlar hamısı ümumilləşdirilib İcraiyyə Komitəsinə təqdim ediləcək”.
Xatırladaq ki, yığma komandanın Xorvatiyaya 6:0 hesablı biabırçı məğlubiyyətindən sonra baş məşqçi Berti Foqts millidən istefa verdiyi açıqlayıb. (aktual.az)
