Keçən mövsümü elə də yaxşı keçirməyən və mundialda uğursuzluq yaşayan Balotellinin “Milan”da qalacağı gözlənilirdi.
Korner.az xəbər verir ki, Balotelliyə “Liverpul”dan təklif gəlib. 23 yaşlı futbolçu ilə bağlı bu xəbəri meneceri Mano Riola da təsdiqləyib.
Oyunçunun dəyəri 18-20 milyon avro olaraq göstərilir.
