"Qalatasaray"ın "Milan"ın ulduzu Stefan El Şaravini transfer edəcəyi iddaları bir neçə gündür hər iki ölkə mətbuatında geniş yer alıb.
Korner.az-ın məlumatına görə, futbolçunun meneceri Roberto florio məsələyə aydınlıq gətirib.
O, bu fikirləri ifadə edib: "Bizə gələn rəsmi təklif yoxdu. "Qalatasaray" böyük klubdur. Çempionlar Liqasında oynayır. El Şaravi "Qalatasaray"a keçə də bilər, keçməyə də. Bunu zaman göstərəcək".
