Azərbaycan Premyer Liqasının VIII turunda “Bakı”nın qonağı olan “Qəbələ” səfərdən 1 xalla qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:1 hesabı ilə başa çatan qarşılaşma Viktor Mendi üçün əlamətdar olub.
Legioner komandada yubiley – 10-cü qolunu vurub.
– Viktor Mendi cari mövsümdə ilk qolunu vurub. O, sonuncu dəfə ötən mövsümün 31-ci turunda – mayın 5-də “Xəzər Lənkəran”la səfərdəki qarşılaşmada qol vurmuşdu. Mendi 152 gündən sonra qol həsrətinə son qoyub.
– Bu qol Mendinin “Qəbələ”də 10-cu topu olub. O, ən azı 10 qol vuran 9-cu futbolçu kimi tarixə düşdü: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi – hərəsi 10.
– Mendi Premyer Liqada “Qəbələ” formasında ən çox qol vuran 6 oyunçudan biridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Viktor Mendi – 10, Luiz Paulo Hilario, Yannik Kamanan – hərəsi 9.
– "Qəbələ"nin tarixində 240, Premyer Liqada 180-ci oyununu keçirib.
– “Bakı”nın futbolçusu Aleksandar Şoliçin vurduğu top “Qəbələ”nin Premyer Liqada buraxdığı 200-cü top olub.
– Komanda ölkə çempionatının güclülər dəstəsində 90-cı səfər matçına çıxıb.
– Ramiz Məmmədovun baş məşqçiliyi altında ümumilikdə 120-ci oyun həm də 60-cı səfər qarşılaşması olub. Viktor Mendinin qolu bu görüşlərdəki 60-cı top olub.
