Mendi üçün mövsüm erkən bitdi
29.04.2025 , 22:45

“Real”ın zədəli futbolçusu Ferlan Mendi üçün mövsüm erkən bitib.
Korner.az xəbər verir ki, fransız müdafiəçi təxminən 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu mövsüm Madrid klubunun heyətində 31 matçda iştirak edən oyunçu 2 məhsuldar ötürmə ilə yadda qalıb.
