Avropa Liqasında mübarizə aparacaq “Qəbələ” bir-bir hücumçuları ilə vidalaşır.
Korner.az-ın məlumatına görə, əyalət klubu bir qədər öncə icarə müddəti bitməkdə olan Ekiko Ehihosunla yollarını ayıracağı ilə bağlı məlumat vermişdisə, digər forvard Viktor Mendinin də komandadan göndəriləcəyi dəqiqləşib.
“Qırmızı-qaralar” müqaviləsinin müddəti başa çatan hücumçu ilə yeni sözləşmə imzalamayıblar. Seneqallı forvard üçün “Bakı” ilə oyun son matç olacaq.
