İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” klubunun futbolçusu Memfis Depay ilə Avropa klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, “Fənərbağça”nın da yaxından maraqlandığı holland futbolçunu İngiltərənin “Everton”, İtaliyanın isə “Roma” klubu heyətinə qatmaq istəyir.
“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo isə bildirib ki, “Depay üçün gələcək transfer təkliflərinə açığıq”.
