Meksikada mövsüm erkən bitdi
26.04.2020 , 16:22

Meksika çempionatında cari mövsüm başa çatdırılıb.
Korner.az xəbər verir ki, Meksika Futbol Federasiyası koronavirus pandemiyasına görə mövsümü erkən bitirməyə qərar verib.
Ölkədə bütün futbol çempionatları başa çatdırılıb. Həmçinin, növbəti 6 mövsüm ərzində liqalarda klubların sayının artırılması və azaldılması dayandırılıb.
