Meksika millisinin keçmiş futbolçusu Kuautemok Blanko siyasətçi karyerasına başlamaq niyyətindədir.
Korner.az-ın Goal.Az-a istinadən verdiyi xəbərə görə, 1998, 2002 və 2010-cu il dünya çempionatının iştirakçısı hələ də vətənində “Puebla” klubunun oyunçusu sayılır. Lakin 42 yaşlı Blanko Kuernavaka şəhərinin meri olmaq üçün namizədliyini irəli sürmək fikrindədir. Seçkilər iyunun 7-də baş tutacaq. Blanko seçki öncəsi kampaniyaya aprelin 10-da başlayacaq.
