Meksika millisində yeni baş məşqçi
23.07.2024 , 11:12

Meksika millisinin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, sözügedən yığmanı bundan sonra Xavyer Aqirre çalışdıracaq.
Bu barədə Meksika Futbol Federasiyası məlumat yayıb.
Aqirre bu vəzifədə Xayme Lozanonu əvəzləyib. 65 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
