Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi
05.09.2024 , 23:55

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilovun Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Korner.az xəbər verir ki, Birinci vitse-prezident idmançımızı təbrik edib:
“Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!”
