Mehriban Əliyeva idmançıları təbrik etdi
24.06.2022 , 19:21

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.
Korner.az xəbər verir ki, təbrikdə deyilir:
“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm. Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur. Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram”.
