Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik etdi
23.10.2022 , 16:41

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.
Korner.az xəbər verir ki, təbrikdə bunlar yazılıb:
“Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!”.
