Medal sayı 5-ə çatdı
02.05.2022 , 12:13
Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.
Yarışın üçüncü günündə Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. O, məsafəni 54,52 saniyəyə qət edib.
Məryəm Şeyxəlizadəxangah həmin növdə finişə 1 dəqiqə 2,25 saniyəyə çatmaqla üçüncü olub.
Vəlizadə daha əvvəl 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə gümüş, Şeyxəlizadəxangah isə 50 mert məsafəyə sərbəst və batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.