"MDB ölkələrinin klubları arasında çempionatın keçirilməsinin ciddi müzakirəyə ehtiyacı var".
Konrer.az-ın məlumatına görə, bu sözləri "İnterfaks" informasiya agenliyinə açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
Nərimanoğlu bildirib ki, istənilən halda, bu ideya futbolun inkişafına xidmət edə bilər: "Mənə elə gəlir ki, bu barədə qərar verməzdən əvvəl ciddi şəkildə müzakirə aparılmalıdı. Bu, çox ciddi sualdı".
Qeyd edək ki, MDB ölkələrinin klubları arasında çempionatın keçirilməsi ideyasını “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller irəli sürüb.
