Mbappe xəstəxanaya yerləşdirildi
09.02.2024 , 13:54

PSJ-nin oyunçusu Kilian Mbappe zədələnib.
Korner.az xəbər verir ki, ulduz oyunçu bu səbəbdən xəstəxanaya yerləşdirilib.
25 yaşlı forvard bu gün tibbi müayinədən keçəcək və onun zədəsinin ciddiliyi müəyyən ediləcək.
Mbappe bu mövsüm Paris təmsilçisində 29 oyun keçirib və 30 qol vurub.
